Bəraat qəndili


And olsun (bu) aydın Kitaba! Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq. Hər bir hikmətli iş o (gecədə) ayırd edilir… (Duxan 1-4)

Quran bu gecədə,  yeddinci səmadan dünya səmasına endirildi. Qədir gecəsində isə ilk dəfə Peyğəmbər Əfəndimizə endirilməyə başlandı.

Bununla Qədir Gecəsi arasında qırx gün vardır. Bəraə adlandırılması haqqında da deyilmişdir ki, xərac tamamilə alındığı zaman bəraətlərini (təmizə çıxmalarını) dilə gətirən bir sənəd yazıldığı kimi, Allah Təala da bu gecə mömin qullarına bəraət yazar. Bu gecədə beş özəllik vardır:

Bu gecənin beş özəlliyi var: 

1) Bu gecədə vacib işlər seçilir və təyin edilir.

2) Bu gecəni ibadətlə keçirənlərə yardımçı olması məqsədi ilə Allah tərəfindən mələklər göndərilir.

3) Bu gecə bağışlanma və əfv gecəsidir.

4) Bu gecədə edilən ibadətlərin fəziləti çox böyükdür.

5) Bu gecədə Peyğəmbərimizə (s.a.s) şəfaət etmək səlahiyyəti verilmişdir. Bu səlahiyyətin üçdə biri Şabanın on üçüncü  günü, üçdə biri Şabanın on dördüncü günü, qalan üçdə biri də Şabanın on beşinci günü verilmişdir.

Davamını oxu »