Məşhur universitet və kolleclərin online kurslarından pulsuz yararlan


online_education_degreeSizə faydalı ola biləcək, dünyada məşhur universitetlərin və kolleclərin təklif etdiyi müxtəlif sahələri əhatə edən ödənişsiz online kurslardan yazmaq istəyirəm. Son illərdə Kütləvi Açıq Online Kurslar (massive open online courses (MOOC)) dəbə minib. Bu termin 2008-ci ildə Şahzadə Edvard Adası Universitetində veb kommunikasiyalar və innovasiyalar meneceri Devid Kormier tərəfindən meydana gəlmişdir. Ilk Kütləvi Açıq Online Kurslar bir il öncə (2007) Yuta Dövlət Universitetində yaradılmışdır. Kütləvi Açıq Online Kurslar universitet kursları kimidir, sadəcə dünyanın hər bir yerində hamı üçün pulsuz olaraq açıqdır. Tam kursu başa vuranlar sertifikat əldə edirlər. Kurslar 10larla fənni əhatə edir və həmin sahə üzrə bir neçə mütəxəssis tərəfindən tədris olunur. Kurslar maraqlı, əyləncəli və eyni zamanda ciddi olur.

Coursera bu kursların arasında yəqin ki, ən məşhurudur. Son statistikaya görə bu kurslara qoşulan  190 ölkədən 170 000 000 –dan çox tələbə var. Ən məşhur siniflərində 240 000-dən çox tələbələri var. Ümumiyyətlə isə Coursera-nın 16 ölkənin 85 universiteti tərəfindən yaradılmış 20 kateqoriyada 400 –dən çox kursu mövcuddur. Kurslar 12 müxtəlif dilə mövcuddur.

EdX kurslarının əsası Massaçusetsin Kambric şəhərində Harvard və MİT tərəfindən qoyulmuşdur. EdX hüquq, tarix, elm, texnologiya, biznes, sosial elmlər, kompyuter, səhiyyə və süni intellekt sahələri daxil olmaqla Kütləvi Açıq Online Kurslar təklif edir. Bu kurs ABŞ, Kanada, Avstraliya, Niderland, İsveç, İsveçrə, Belçika, Almaniya, Honq-Konq, Hindistan, Yaponiya, Çin və Koreyadakı ali məktəblərlə əməkdaşlıq edir.

MİT (Masaçusets Texnoloji İnstitutu) –in özünün açıq kursları var. Burada demək olar ki, MİT-in bütün fənləri üzrə tədris materialları saytda pulsuz yerləşdirilmişdir. Onların L-dən çox kursları var.

Stanford Universitetinin də açıq və online kursları var. Coursera və EdX-dən fərqli olaraq bu kursların qısa zaman məhdudiyyəti yoxdu. Kursu uzun müddət ərzində bitirə bilərsiniz.

Avropa institutları da bu sahədə fəaliyyətə keçirlər. Almaniyada əsası qoyulan Iversity ingilis və alman dillərində kurslar təklif edir və bu ilin Oktyabrında ilk kurslarına start verdi.

Future Learn Britaniyanın Açıq Universitetinin bir qoludur. O, Britaniya, İrlandiya, Avstraliya və Yeni Zelandiyadakı universitetlərlə əməkdaşlıq edir. Kurslar noyabr ayından fəaliyyətə başlayır.

Open Culture saytı ali məktəblərlə birbaşa əməkdaşlıq etmir. Lakin redaktor internetdə pulsuz kursları və audio kitabları taparaq sayta yerləşdirir. Kursları audio və video formasında birbaşa kompyuterə yüklənə bilərsiniz.

Lifehacker saytında da bir sıra elmlər üzrə müxtəlif kurslar, video, audio materiallar vardır.

Əlbəttə ki, burada bütün pulsuz kurslar təklif edən ali məktəb və saytları qeyd edə bilmirəm. Aşağıdakı linkdə daha çox ödənişsiz online kursların siyahısını əldə edə bilərsiniz.

http://www.mooc-list.com/

 

Haşımzadə Samirə

Məşhur universitet və kolleclərin online kurslarından pulsuz yararlan” üzərinə 3 şərh

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.