Qulaq falı

10009904_10203268902433322_618030707_nNovruzun axır çərşənbəsiydi. Bu axır çərşənbədə Nərgiz xalasıgilə qonaq gəlmişdi. Xalası qızları kənddəki digər qızlar kimi bir-birinə qoşulub müxtəlif fallara baxırdılar. Kimisi duzlu qoğal yeyib yatacaqdı ki, sevgilisini yuxuda görsün, kimisi üzüyü suya salıb neçə dəfə tərpəndiyini sayırdı, kimisi də ayaqqabısını qapıya tərəf atıb ürəyində arzulayırdı ki, ayaqqabının burnu qapıya tərəf düşsün, bəlkə bu il ərə gedə. Bəziləri də tək-tək, cüt-cüt qulaq falına çıxmışdılar. Nərgiz isə Novruz fallarını çox vaxt etməzdi. Bu fallara inanan digər qızlara istehza edir, insan taleyinin bu fallardan asılı olmadığını bilirdi. Əslinə baxanda isə Nərgizin bu davranışlarının ardında inamsızlıqdan daha çox başqa bir şey gizlənmişdi. Bu gizlin dediyimiz isə kənd qadınlarının çoxuna bəlli idi. Nərgizin elçi daşında çox adamlar oturmuşdu, o isə heç kimə ərə getmirdi. Heç bu barədə düşünmürdü də. Dünyada milyonlarla insanı gözüyaşlı qoyan qanlı müharibə onun da bir parçasını əlindən almışdı. Daha doğrusu bir parçasını yox, yarısını əlindən almışdı. Artıq 10 il keçməsinə baxmayaraq, sevdiyindən nə xəbər var idi, nə də ətər. Bəlkə ölmüşdü, bəlkə əsir düşmüşdü, bəlkə.. Bu bəlkələrin hamısını yuxularında görürdü, yaxınlarının ona bu sevdadan əl çəkməsi üçün demədikləri söz qalmamışdı, amma o, yenə də inamını itirmirdi. Bir gün sevdiyi mütləq gəlməli idi.

Qonşu qızın nişan üzüyünü suya salladan xalası qızları kənardan dayanıb onlara narazılıqla baxan Nərgizi də öz tərəflərinə çəkməyə çalışdılar. Oxumağa davam et

Kim deyir ki, ərəbcə danışmaq bizi “cool” göstərmir?

Tərcümə etdi: Samirə Haşımzadə

Dil öyrənmək istəyənlər nələrə diqqət etməlidir?

1045149-184x198Kato Lomb – 16 dil bilən macarıstanlı tərcüməçidir. Xarici dil öyrənmək istəyən insanlar üçün 10 vacib məsləhət hazırlamışdır. Maraqlı bir faktdır ki, Kato Lomb bildiyi bir çox dilləri fərdi şəkildə həmin dildə yazılmış bədii ədəbiyyat və dərsliklər vasitəsilə mənimsəmişdir. Öyrənmə metodlarını “Mən dilləri necə öyrənirəm” adlı kitabında oxucuları ilə paylaşmışdır. Onun yanaşma tərzinin əsasında “həmin dil ilə tam şəkildə yüklənmə” durur: qrammatika öyrənərək paralel şəkildə kitab oxumaq, yeni sözlər axtarmaq və s.

1. Dil ilə mütəmadi məşğul ol. Əgər vaxt və imkan yoxdursa, gündə 10 dəqiqə ilə də yetərlənmək olar. Bunu səhərlər etmək daha faydalıdır. Oxumağa davam et

Mədəniyyətlərarası ünsiyyət (Araşdırma)

intercultural-communicationMüasir dövrdə müxtəlif mədəniyyətlərə aid olan insanlar günü-gündən daha çox əlaqələr qururlar. Müxtəlif dillərdə danışmaq mədəniyyətlərarası ünsiyyət üçün maneədir, müxtəlif mədəniyyətlərdə “danışmaq” isə daha böyük maneədir. Baxmayaraq ki, biz xarici dildə sözləri, qrammatik qaydaları öyrənə bilirik, müxtəlif mədəniyyətlərin ünsiyyəti prosesində böyük maneələr yaranır. Ünsiyyət üzrə mütəxəssislər bizim ünsiyyətimizin ¾ hissəsinin qeyri-verbal davranışlarımız vasitəsilə həyata keçdiyini bildirirlər. Mədəniyyətimiz doğuluşdan bütün ömrümüz boyunca bizimlə addımlayır. Hansı jestlərin qəbul olunan, hansıların qəbul olunmaz olduğu, alınan hədiyyəni insanlar arasında açıb-açmamaq, süfrə arxasında davranış qaydaları, insanlarla söhbət zamanı arada olan məsafə və s. insanların daşıyıcısı olduğu mədəniyyətlərə görə dəyişir. Məsələn, Yaponiya və Meksikada “yox” cavabı vermək nəzakətsiz hesab olunur. Bu mədəniyyətlərdə “ola bilər” və ya “çalışaram” ifadələri “yox” anlamını verir. Lakin ABŞ, Almaniya kimi mədəniyyətlərdən olan insanlar üçün bu ifadələr “yox” anlamını vermir. Onlar fikirlərini birbaşa sözlərin verdiyi mənaya yönəldirlər. Oxumağa davam et

Learn English vocabulary (10 animated cartoons)

Click for more

Oxumağa davam et

Məşhur universitet və kolleclərin online kurslarından pulsuz yararlan

online_education_degreeSizə faydalı ola biləcək, dünyada məşhur universitetlərin və kolleclərin təklif etdiyi müxtəlif sahələri əhatə edən ödənişsiz online kurslardan yazmaq istəyirəm. Son illərdə Kütləvi Açıq Online Kurslar (massive open online courses (MOOC)) dəbə minib. Bu termin 2008-ci ildə Şahzadə Edvard Adası Universitetində veb kommunikasiyalar və innovasiyalar meneceri Devid Kormier tərəfindən meydana gəlmişdir. Ilk Kütləvi Açıq Online Kurslar bir il öncə (2007) Yuta Dövlət Universitetində yaradılmışdır. Kütləvi Açıq Online Kurslar universitet kursları kimidir, sadəcə dünyanın hər bir yerində hamı üçün pulsuz olaraq açıqdır. Tam kursu başa vuranlar sertifikat əldə edirlər. Kurslar 10larla fənni əhatə edir və həmin sahə üzrə bir neçə mütəxəssis tərəfindən tədris olunur. Kurslar maraqlı, əyləncəli və eyni zamanda ciddi olur.
Oxumağa davam et

Teri Mur: Nəyə görə X məchulluq işarəsidir?

Niyə “X” məchulluğu bildirir? Bu, qısa və məzəli söhbətdə Teri Mur hamını təəccübləndirən cavab verir.

Tərcümə etdi: Samirə Haşımzadə

Abbas Mirzə və Azərbaycan

image descriptionAzərbaycanın Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrində başına gətirilənlər məktəb kitablarında olanlarla bitsəydi dərdimiz olmazdı. Günümüzə qədər bizim üçün tariximizi saxta şəkildə təqdim edən tarix kitablarında öyrədilir ki, Azərbaycan Gülüstan və Türkmənçay müqavilələri nəticəsində İran və Rusiya arasında iki yerə parçalanmışdır.  Həqiqətdə isə həmin dövrdə İran adında dövlət olmayıb, İran və Rusiya arasında parçalanma deyə bir hadisə olmayıb. Sərhədləri Fars körfəzindən düz Dərbəndə, Tiflisdən, Qara dənizdən Əfqanlara qədər uzanan (yəni indiki Cənubi Qafqaz və İranın ərazisi tam daxil olmaqla) Qacariyyə adlı bir dövlət olub. Lakin elə bir dövr gəlir ki, ingilislər cənubdan müsəlman torpaqlarını işğal edərək güclənirdi, ruslar da şimaldan müsəlman torpaqlarını işğal edə-edə üstümüzə gəlirdilər. Qacariyyə şahzadəsi tərtəmiz türk soylu Abbas Mirzə var qüvvəsi ilə ruslara qarşı müharibə etsə də məğlub olaraq torpaqların bir hissəsini itirir, bununla da Dərbənd də daxil olmaqla indiki Cənubi Qafqaz ərazisi Rusiya tərəfindən işğal olunur. Qeyd edim ki, kitabın müəllifi Əminə Pakrəvanın atası Həsənxan və həyat yoldaşı Qacarların diplomatı olub və Əminə xanım Qacar dövləti haqqında bir neçə kitabın müəllifi idi. Hə tarix budur!

Bu il Gülüstan müqaviləsinin bağlanmasından 200 il keçir. Bununla əlaqədar olaraq, bu kitabın kütləvi oxunmasını təşkil edirik və bir orta məktəb, 1 universitet, 2 kitabxana, Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və s. silsilə tədbirlər keçirib müzakirələr etməyi planlaşdırırıq. Siz də kitabla tanış olun və əsl tariximizin ortaya çıxmasında iştirak edin.

Bu da kitabın pdf formatı. Buyurun oxuyun.

Abbas Mirzə və Azərbaycan

PS. Kitabı oxuyub bitirdikdən sonra müzakirələrə qatılmaq istəsəniz, mənə müraciət edə bilərsiniz.

Hörmətlə, Samirə Haşımzadə

O dünyaya məktub

Əzizim!

Məzarının önündəyəm, mənim o biri dünyaya köçüb getmiş əzizlərimndən ən əzizi. Burda rahatlıq var, burda səssizlik var, bura bütün dünya işlərinin unudulduğu yerdir. Sən də hər şeyi birdəfəlik unudub əbədi həyata köçmüsən. Bizi qoyub getdiyin vaxtdan düz 10 il keçir. Həmişə məni kiməsə təqdim edəndə fərəhlə deyirdin ki, “oğlan nəvəmdi” (yəni oğlumun övladı), “nəvələrimin içində məni ən çox istəyən budur”. Mən də gülümsəyirdim. Ürəyimdə isə fikirləşirdim ki, yazıq nənə elə bilir ən çox onu istəyirəm. Bilmir ki, babanı ondan çox istəmişəm. Amma sən bunları məndən daha yaxşı bilirmişsən. Gedib uşaqlarla oynamaq əvəzinə səni qucaqlayıb oturmağımdan, harda olsa sənin əllərini tutub dayanmağımdan anlayırdın nə qədər sevdiyimi. Sevgi bizim dediklərimiz deyil, heç düşündüklərimiz də deyil. İnsana münasibət onun davranışlarından bəllidir. Sən gedəndən sonra səni nə qədər sevdiyimi anladım. Amma gec idi, həmişəki kimi. İndi də baş daşına başımı söykəyib oturmuşam. Həmişə deyirdin ki, insan ürəkdən ağlayanda sol gözündən daha çox yaş gəlir. 10 il öncə də belə oldu. Elə indi olduğu kimi sol gözümdən sakitcə bir neçə damcı yaş gəldi. Və düşündüm ki, demək artıq zamanın yetişib. Bütün dünyasını dəyişənlər üçün bunu düşünürəm. Əslində zamansız, vaxtsız  köçmək yoxdur. Sadəcə, hər kəsin öz zamanı var. Evdə hamı bu sakitliyimə qəribə baxdı. Elə bildilər ki, şokdayam. Mən amma normal idim, həmişə olduğumdan daha çox özümdə idim. İnsanlar eqoistdir. Heç kim düşünmür ki, dünyasını dəyişən o biri tərəfə necə keçəcək, haqq-hesabı necə olacaq. İnsanlar öz hayına ağlayır. Mən onsuz nə edəcəm. Hər zaman məni düşünürük. Elə mən də eqoistəm. Səbrli eqoistlərdən. Həyat nə olur-olsun davam edir. Heç kim heç kim üçün ölmür. Zaman keçir gülürsən də, əylənirsən də. Hərdən yadına düşəndə üzülürsən ən sevdiyin insan üçün. Mənim ağlamağım sənin ölümün üçün deyil. Səni uzun müddət görə bilməyəcəyim, səndən ötrü darıxdığım üçündür. Nə bilim, bəlkə də, müddətim uzun qalmıyıb. Deyirlər, insan o biri tərəfdə öz sevdiyi insanlarla birlikdə olur. Bax buna çox sevinirəm. Oxumağa davam et

Əcdadların səsi

fire-heartTez-tez yuxularıma Abbas Mirzə və Mir Cəfər Bağırov gəlir. Çox narahat görürəm onları. Mənə narazı-narazı, incimiş kimi baxırlar. Soruşuram babalarımdan ki, nə olub axı sizə? Niyə incimisiniz məndən? Mən sizə nə etmişəm? Cavab vermirlər, üzlərini çevirirlər. Dünən yenə gəlmişdilər. Amma yenə də mənimlə danışmaq istəmirdilər. Axır, yalvar-yaxar elədim ki, nə olar mənə cavab verin. Günahımı deyin mənə. Məndən inciməyinizin, küsməyinizin səbəbini deyin. Ağızlarını açan kimi ağızlarından od tökülməyə başladı. Qorxub kənara çəkildim. İstehzaynan gülümsəyib dedilər ki, bu, əsrlərdir bizim içimizi, ürəyimizi yandırıb-yaxan oddur. Əgər inciməyimizin səbəbini bilmək, bizim övladlarımızdan olan narazılığımızı eşitmək istəyirsənsə qorxma bu oddan. Bu reallıqdır. Bizim və sizin hər gün yaşadığımız reallıq. Yaxın gəl və eşit. Bu reallıq elə bir alovdur ki, insanı yandırıb-yandırıb bitirməz. Qurtula bilməzsən bu əzablardan, elə hey yanarsan. Yox, əgər  qorxursansa, qaç get! Yum gözlərini, tut qulaqlarını, bağla ürəyini, öz bər-bəzəkli, xəyal dünyanda yaşamağına davam et. Bizi içdən yaxan bu alovun bir saniyəsinə tab gətirmədin. Bizim əsrlərdir yaşadıqlarımızı eşitsən külün göyə sovrular. Biz dünyada bu od-alovla çarpışmışıq, dünyamızı dəyişmişik də sizin kimi nankor nəvələr içimizi yaxır. Amma bir gün gələcək, sən də əbədi həyata köçəndə yanacaqsan alovlarda. Hamınız yanacaqsız!

Ölmək-ölməkdir, ta xırıldamaq nə deməkdir fikirləşərək, özümü toparlayıb yaxına getdim.

Oxumağa davam et