Parəbüzən

175072516_eaf5577990“Parəbüzən-parəbüzən uuuç-uç! Nenön gəldi, qaç! Babon gəldi, uç! Uç get, mənim üçün nenəmi gətir…”

Metroda hardansa gəlib əlinə qonan parəbüzənə baxdıqca yaddaşı Güneli uşaqlığına, Nərdəran bağlarına apardı. Tez-tez əllərinə parəbüzən qonduqca sehirli sözləri deyib, sonda da kimin üçün ən çox darıxırdılarsa, parəbüzəni həmin adamın “arxasıyca göndərirdilər” ki, onu gətirib gəlsin. Və bir inam var idi –  Parəbüzən həmin adamı gətirmək üçün uçub getdi. Əmisi, bibisi uşaqlarıyla qaçmaqdan qovmaqdan doymadan, həşəratların başına nə oyunlar açmırdılar ki? Qarışqaları döyüşdürür, kəpənəkləri tutub bankalara yığır, əncir ağacının yarpaqlarından tapdıqları may böcəklərinin ayağına sap bağlayıb uçurdur, bəzi böcəkləri də “cərrah masası”na uzadıb əməliyyat edirdilər. Hələ yadındaydı, bir dəfə əmisi oğlu demişdi ki, qarışqanın dadı turş olur. Günel də guya gigiyena qaydalarına riayət edərək əvvəlcə qarışqanı yuyub, sonra yemişdi. Qarışqa doğurdan da turş idi. Bir həşərat da var idi, qumu eşərək orda kiçik bir burulğan yaradıb gizlənirdi. Bu böcəyə Qumanqalanqu deyirdilər. İndi düşünürdü görəsən həmin böcəyin adı doğurdan elədi, yoxsa bu da öz uşaqlıq uydurmaları idi?! Uşaqlıq…Davamını oxu »

Xəyalların intiharı

b-374499-uçurumdaki_adamHərdən qışqırırsan, var gücünlə. O qədər güclü ki, səsin çıxmır. O qədər güclü ki, səsini heç kim eşitmir, Allahdan başqa. Hərdən danışırsan, hər şeyi. Ürəyində heç nə qalmır. Qarşındakı da başa düşdüyünü göstərir. Sonra bunun yalnız görüntü olduğunu anlayırsan. Hərdən ağlayırsan, bütün içinlə. Elə bilirsən, daha içində heç bir şey qalmadı. Sonra görürsən ki, için daha da dolmuş, daşır. Hərdən taqətdən düşürsən, bütün gücünü itirərək. Düşünürsən ki, bu sondur, artıq bundan artığını daşıya bilməzsən. Sonra görürsən ki, daha artıq güc gəlib, ondan da artıq yük gəlir… Hərdən də özünü o qədər güclü, enerji dolu hiss edirsən ki, düşünürsən daha heç vaxt sınmazsan, heç vaxt. Bir də görürsən ki, ən kiçik eyhamdan çilik-çilik olmusan.

Davamını oxu »

Qulaq falı

10009904_10203268902433322_618030707_nNovruzun axır çərşənbəsiydi. Bu axır çərşənbədə Nərgiz xalasıgilə qonaq gəlmişdi. Xalası qızları kənddəki digər qızlar kimi bir-birinə qoşulub müxtəlif fallara baxırdılar. Kimisi duzlu qoğal yeyib yatacaqdı ki, sevgilisini yuxuda görsün, kimisi üzüyü suya salıb neçə dəfə tərpəndiyini sayırdı, kimisi də ayaqqabısını qapıya tərəf atıb ürəyində arzulayırdı ki, ayaqqabının burnu qapıya tərəf düşsün, bəlkə bu il ərə gedə. Bəziləri də tək-tək, cüt-cüt qulaq falına çıxmışdılar. Nərgiz isə Novruz fallarını çox vaxt etməzdi. Bu fallara inanan digər qızlara istehza edir, insan taleyinin bu fallardan asılı olmadığını bilirdi. Əslinə baxanda isə Nərgizin bu davranışlarının ardında inamsızlıqdan daha çox başqa bir şey gizlənmişdi. Bu gizlin dediyimiz isə kənd qadınlarının çoxuna bəlli idi. Nərgizin elçi daşında çox adamlar oturmuşdu, o isə heç kimə ərə getmirdi. Heç bu barədə düşünmürdü də. Dünyada milyonlarla insanı gözüyaşlı qoyan qanlı müharibə onun da bir parçasını əlindən almışdı. Daha doğrusu bir parçasını yox, yarısını əlindən almışdı. Artıq 10 il keçməsinə baxmayaraq, sevdiyindən nə xəbər var idi, nə də ətər. Bəlkə ölmüşdü, bəlkə əsir düşmüşdü, bəlkə.. Bu bəlkələrin hamısını yuxularında görürdü, yaxınlarının ona bu sevdadan əl çəkməsi üçün demədikləri söz qalmamışdı, amma o, yenə də inamını itirmirdi. Bir gün sevdiyi mütləq gəlməli idi.

Qonşu qızın nişan üzüyünü suya salladan xalası qızları kənardan dayanıb onlara narazılıqla baxan Nərgizi də öz tərəflərinə çəkməyə çalışdılar.Davamını oxu »

20 Yanvar

Mən çox xatırlamıram 20 yanvar hadisəsini. Amma həyatımda xatırladığım, mənə danışılan ilk nağıllarımdandır. Bir Bakı kəndinin məhəllələrindən hər gecə mərkəzdəki Azadlıq meydanına getmək üçün toplaşan qonşularım, qohumlarım, günlərlə dayanmadan mitinqlərə gedən, SSRİ-nin tərkibindən ayrılmaq üçün azadlıq tələb edən yaxınlarım, onların hekayələri, daha sonra isə həmin gecədə yaxınlarımın yaşadığı dəhşətlər. Bu nağıllarla böyümüşəm mən. Həmin gecə telestudiyanın binası partladıldığına görə insanlar xəbəri ancaq radiodan ala bilirdi. Qonşular bir evə toplaşıb, səssizcə, dəhşətlə ölüm, qırğın xəbərlərini gözləyirdilər. Gözləri qapıdaydı ki, görək məhəlləyə birinci kimin cəsədi daxil olacaq, ya bəlkə sovet qoşunları onları da evlərində oturduqları yerdə gəlib güllələyəcək.Davamını oxu »

Dil öyrənmək istəyənlər nələrə diqqət etməlidir?

1045149-184x198Kato Lomb – 16 dil bilən macarıstanlı tərcüməçidir. Xarici dil öyrənmək istəyən insanlar üçün 10 vacib məsləhət hazırlamışdır. Maraqlı bir faktdır ki, Kato Lomb bildiyi bir çox dilləri fərdi şəkildə həmin dildə yazılmış bədii ədəbiyyat və dərsliklər vasitəsilə mənimsəmişdir. Öyrənmə metodlarını “Mən dilləri necə öyrənirəm” adlı kitabında oxucuları ilə paylaşmışdır. Onun yanaşma tərzinin əsasında “həmin dil ilə tam şəkildə yüklənmə” durur: qrammatika öyrənərək paralel şəkildə kitab oxumaq, yeni sözlər axtarmaq və s.

1. Dil ilə mütəmadi məşğul ol. Əgər vaxt və imkan yoxdursa, gündə 10 dəqiqə ilə də yetərlənmək olar. Bunu səhərlər etmək daha faydalıdır.Davamını oxu »

Maiden Tower

The most majestic and mysterious monument of Baku is Giz Galasy – the Maiden Tower rising in the south-eastern part of the fortress of Ichari Shahar. This unique building of the Azerbaijani architecture does not have any analogues in the East. The Maiden Tower has attracted attention by its majestic appearance for centuries in the historical center of Baku, in the territory of the Icheri Sheher (Old City). The Maiden’s Tower is situated in the South-East part of the Icheri sheher. This unique monument of Azerbaijan architecture was built in two periods. Most Azerbaijani scholars think the lower part of the monument, the first 13.7 metres, dates from VII-VI centuries BC.

The height of the tower is 29.5 metres and the diameter 16.5 metres. The thickness of the walls is five metres at the base and four at the top. The tower is an eight-storeyed cylindrical-shaped block of coastal rock. Each of the eight floors of the tower is crowned with a stone cupola with a round hole. The floors are connected by means of a stone staircase built into the walls. Day light penetrates the tower through narrow windows, wider on the inside. From the first floor there are some niches in the walls inside which was a clay pipe, 30 cm in diametre. A well 21 metres deep can be accessed from the second floor. In the southwest part of the tower are some inscriptions written in kufi print which is translated as “The Tower of Masud, Davud’s Son”.Davamını oxu »

Mədəniyyətlərarası ünsiyyət (Araşdırma)

intercultural-communicationMüasir dövrdə müxtəlif mədəniyyətlərə aid olan insanlar günü-gündən daha çox əlaqələr qururlar. Müxtəlif dillərdə danışmaq mədəniyyətlərarası ünsiyyət üçün maneədir, müxtəlif mədəniyyətlərdə “danışmaq” isə daha böyük maneədir. Baxmayaraq ki, biz xarici dildə sözləri, qrammatik qaydaları öyrənə bilirik, müxtəlif mədəniyyətlərin ünsiyyəti prosesində böyük maneələr yaranır. Ünsiyyət üzrə mütəxəssislər bizim ünsiyyətimizin ¾ hissəsinin qeyri-verbal davranışlarımız vasitəsilə həyata keçdiyini bildirirlər. Mədəniyyətimiz doğuluşdan bütün ömrümüz boyunca bizimlə addımlayır. Hansı jestlərin qəbul olunan, hansıların qəbul olunmaz olduğu, alınan hədiyyəni insanlar arasında açıb-açmamaq, süfrə arxasında davranış qaydaları, insanlarla söhbət zamanı arada olan məsafə və s. insanların daşıyıcısı olduğu mədəniyyətlərə görə dəyişir. Məsələn, Yaponiya və Meksikada “yox” cavabı vermək nəzakətsiz hesab olunur. Bu mədəniyyətlərdə “ola bilər” və ya “çalışaram” ifadələri “yox” anlamını verir. Lakin ABŞ, Almaniya kimi mədəniyyətlərdən olan insanlar üçün bu ifadələr “yox” anlamını vermir. Onlar fikirlərini birbaşa sözlərin verdiyi mənaya yönəldirlər. Davamını oxu »

Məşhur universitet və kolleclərin online kurslarından pulsuz yararlan

online_education_degreeSizə faydalı ola biləcək, dünyada məşhur universitetlərin və kolleclərin təklif etdiyi müxtəlif sahələri əhatə edən ödənişsiz online kurslardan yazmaq istəyirəm. Son illərdə Kütləvi Açıq Online Kurslar (massive open online courses (MOOC)) dəbə minib. Bu termin 2008-ci ildə Şahzadə Edvard Adası Universitetində veb kommunikasiyalar və innovasiyalar meneceri Devid Kormier tərəfindən meydana gəlmişdir. Ilk Kütləvi Açıq Online Kurslar bir il öncə (2007) Yuta Dövlət Universitetində yaradılmışdır. Kütləvi Açıq Online Kurslar universitet kursları kimidir, sadəcə dünyanın hər bir yerində hamı üçün pulsuz olaraq açıqdır. Tam kursu başa vuranlar sertifikat əldə edirlər. Kurslar 10larla fənni əhatə edir və həmin sahə üzrə bir neçə mütəxəssis tərəfindən tədris olunur. Kurslar maraqlı, əyləncəli və eyni zamanda ciddi olur.
Davamını oxu »